“Sevilya” Bakıya Nolitosuz gəlir

17:04 17 Sentyabr 2019

İspaniyanın “Sevilya” klubu Avropa Liqasının qrup mərhələsinin 1-ci turunda qarşılaşacağı “Qarabağ”la matç üçün Bakıya yola düşüb.

 

Sportarena.az xəbər verir ki, bu barədə La Liqa təmsilçisinin rəsmi saytı məlumat yayıb. “Sevilya”nın baş məşqçisi Xulen Lopeteqi “Qarabağ”la oyunun iştirak ərizəsinə 23 futbolçunun adını daxil edib:

Hücumçu Nolito isə zədə səbəbindən Bakıya gətirilməyib.

 

Qapıçılar: Tomaş Vatslik (Çexiya), Bono (Mərakeş), Alfonso;

 

Müdafiəçilər: Daniel Karriço (Portuqaliya), Xules Kunde (Fransa), Dieqo Karlos (Braziliya), Xesus Navas (kapitan), Serxi Qomes, Serxio Eskudero, Serxio Requlyon;

Yarımmüdafiəçilər: Ever Baneqa, Franko Vaskes (hər ikisi Argentina), Roni Lopes (Portuqaliya), Munas Dabbur (İsrail), Nemanya Qudel (Serbiya), Fernando (Braziliya), Alexandro Pozo, Oliver Torres, Xoan Cordan;

Hücumçular: Çiçarito (Meksika), Luk de Yonq (Hollandiya), Munir El-Haddadi, Brayan Gil.

 

Sentyabrın 19-da keçiriləcək “Qarabağ” – “Sevilya” matçına saat 20:55-də start veriləcək.


Xəbər xətti