AFFA “Qarabağ”ı cərimələdi

12:55 17 Sentyabr 2019

Bu gün AFFA İntizam Komitəsinin (İK) növbəti iclası keçirilib.

 

Sportarena.az xəbər verir ki, toplantıda Azərbaycan Premyer Liqasının IV turunda qeydə alınmış neqativ hallar müzakirə olunub.“Sumqayıt” – “Zirə” görüşündə hər iki klubun bəzi rəsmilərinin “A” buraxılışından istifadə etməməsi onlara 800 manatlıq cərimə bahasına başa gəlib.

 

“Sabah” – “Qəbələ” matçında hər iki tərəfin 4 futbolçusu sarı vərəqə alıb və bu üzdən klublar 800 manat cərimə olunub. “Keşlə” – “Səbail” qarşılaşmasında da eyni hal yaşanıb. Həm “Keşlə”, həm də “Səbail” 800 manat cərimələnib.

 

“Qarabağ” – “Neftçi” oyununda isə “Qarabağ”ın rəsmi şəxslərinin “A” buraxılışından istifadə etməməsinə görə klub 800 manat cərimə olunub.


Digər xəbərlər

Xəbər xətti