"Qarabağ"da ŞOK İTKİ

21:00 17 Sentyabr 2019

Avropa Liqasının qrup mərhələsinin ilk turunda İspaniya “Sevilya”sını qəbul edəcək “Qarabağ” ciddi itki ilə üzləşib.

 

Sportarena.az qol.az-a istinadən xəbər verir ki, Ağdam klubunun hücumçusu Mahir Emreli “Neftçi” ilə ötən şənbə günü keçirilən Premyer Liqa matçında zədə alıb. Bu səbəbdən onun bir müddət yaşıl meydanlardan uzaq qalacağı bildirilib. Mahirin “Sevilya” ilə görüşü buraxacağı dəqiqləşib.

 

Xatırladaq ki, “Qarabağ” – “Sevilya” matçı sentyabrın 19-da Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək.


Digər xəbərlər

Xəbər xətti