Bu gün keçiriləcək "Sevilya" ilə oyun öncəsi “Qarabağ” İspaniya klubuna rəsmi ziyafət verib.
Sportarena.az xəbər verir ki, tədbirdə “Sevilya”nın prezidenti Xose Kastro Karmona və Ağdam komandasının vitse-prezidenti Tahir Gözəl və digər rəsmi şəxslər də iştirak ediblər. Ağdam klubunun vitse-prezidenti Karmonaya “Qarabağ”ın rəmzi olan at heykəli təqdim edib.