Çempionlar Liqasında qrup mərhələsinin I turunun ən yaxşı qolu açıqlanıb.
Sportarena.az xəbər verir ki, "Yuventus"un futbolçusu Xuan Kuadradonun "Atletiko"ya vurduğu qol həftənin ən yaxşısı seçilib.
Qeyd edək ki, "Atletiko" - "Yuventus" matçı 2:2 hesabı ilə yekunlaşıb. Kolumbiyalı yarımmüdafiəçi həmin görüşdə ilk qolun müəllifi olub.