Azərbaycan Premyer Liqasında V tura start verilib. İlk oyun günündə iki görüş keçirilib.
Sportarena.az xəbər verir ki, açılış matçı Sumqayıtda olub. Şəhərin eyniadlı komandası "Sabah"ı qəbul edib və 1:0 hesablı qələbə qazanıb.Günün ikinci matçında "Qəbələ" "Səbail"in qonağı olub. Qarşılaşmada qalib müəyyənləşməyib - 1:1.
Azərbaycan Premyer Liqası
V tur
17:30 “Sumqayıt” – “Sabah” - 1:0
Qol: Sərtan Taşkın, 34
Hakimlər: Rəvan Həmzəzadə, Cəmil Quliyev, Vüqar Bayramov, Elçin Məsiyev
Hakim-inspektor: Munis Abdullayev
AFFA nümayəndəsi: Maşallah Əhmədov
“Kapital Bank Arena”
19:45 “Səbail” – “Qəbələ” - 1:1
Qol: Mirabdulla Abbasov, 68 - Rövlan Muradov, 17
Hakimlər: Əliyar Ağayev, Akif Əmirəli, Zeynal Zeynalov, Kamal Umudlu
Hakim-inspektor: Ramil Diniyev
AFFA nümayəndəsi: Məmmədəli Məmmədov
“ASCO Arena”.