Türkiyə Super Liqasının 5-ci həftəsində “Qalatasaray” “Yeni Malatyaspor”un qonağı olub.
Sportarena.az xəbər verir ki, “Qalatasaray”ın rəqibi ilə oyunu 1:1 hesabı ilə sona çatıb. Sarı-qırmızıların yeganə qolunu matçın 23-cü dəqiqəsində Jan-Mişel Seri, “Yeni Malatyaspor”da isə 89-cu dəqiqədə Qilyerme vurub.
“Qalatasaray” növbəti həftə “Fənərbağça” ilə, “Yeni Malatyaspor” isə “Antalyaspor”la qarşılaşacaq.