Tahir Süleymanov: "Ayına "paçka"larla maaş, "paket" alanların psixoloji durumu niyə yerində olmasın?!"

14:22 23 Sentyabr 2019

"Neftçi"nin sabiq vitse-prezidenti Tahir Süleymanov komandanın indiki durumuna toxunub.
 

Sportarena.az xəbər verir ki, keçmiş klub rəsmisi Premyer Liqanın V turunda "Keşlə" ilə oyunda 0:0 hesablı heç-heçə edən "Neftçi"nin rəhbərliyini "facebook" səhifəsində tənqid edib:

 

"Ötən mövsüm "Zirə"yə yaradılan şərait dərs olmadı... Oyun, taktika, heyət seçimi öz yerində... İndi də "Keşlə"ni "Bakcell Arena"da "ev" sahibi et ki, növbəti tur "Neftçi"dən xallar alsınlar...  5-10 manatlıq icarə haqqı ehtiyatda oturan Platellasın aylıq maaşının yarısı etmir, xallar isə gedir...

 

Psixoloji durum klub/komandada necə yaranır, necə yaradılır ki...?!

 

A seriyası səviyyəsində illərini keçirmiş Bordin "piyada" "Bakı birinciliyi"ndə "Neftçi" kimi klubun psixoloji təzyiqindən, gərginliyindən dəm vurur...

 

"Neftçi" ruhu hər zaman yerindədir... Cavabdehlərlə yığışın, nərd oynaya-oynaya, çay içə-içə öz psixoloji durumunuza əl gəzdirin, tənzimləyin...

 

Ayına "paçka"larla maaş, "paket" alanların psixoloji ruhu, kefləri niyə yerində olmasın ki...?!

 

Göydən 3 alma düşdü... Nağıllar isə hələ bitməyib, hələ davam edir..."


Digər xəbərlər

Xəbər xətti