Ramil Şeydayevin məşqçisi ilə bağlı qərar verildi

17:35 23 Sentyabr 2019

Rusiyanın "Dinamo" klubu baş məşqçisi Dmitri Xoxlovun istefaya göndəriləcəyi xəbərləri təkzib edib.

 

Sportarena.az xəbər verir ki, Moskva təmsilçisi bununla bağlı bəyanat yayıb. 43 yaşlı mütəxəssisin qış fasiləsinə qədər klubdan ayrılmayacağı qeyd edilib."Dinamo" 10 turdan sonra 10 xal toplayıb.

 

Paytaxt klubunda çıxış edən Azərbaycan millisinin üzvü Ramil Şeydayev son dörd oyunda meydana çıxmayıb. 22 yaşlı hücumçu altı qarşılaşmada bir assist edib.


Xəbər xətti