“Çıxışımdan razı deyiləm” - “Qarabağ”ın hücumçusu

10:11 24 Sentyabr 2019

 “Qarabağ”ın futbolçusu Maqaye Qeye Premyer Liqanın V turunda səfərdə “Zirə”ni məğlub etdikləri (3:1) oyundan sonra jurnalistlərə açıqlama verib. 

 

Sportarena.az xəbər verir ki, 29 yaşlı hücumçu qələbəni şərh edib:“Əsas odur ki, qələbə qazandıq. Bütün oyunlar kimi bu da çətin oldur. Əlimizdən gələni elədik və qələbə qazandıq”.
 

Qeye bildirib ki, oyun ərzində hər hansı fürsəti qazanırsansa, ondan istifadə etməlisən: “Biz də birinci hissədə bundan yararlandıq. 5 oyunda maksimum nəticə qazanmışıq və burada pis heç nə yoxdur. Məşqçinin istəyi də odur ki, hər oyuna qələbə üçün çıxaq. Biz də onun dediklərini meydanda həyata keçiririk. Hər oyun fərqli olur. Çıxırıq meydana və qələbə qazanırıq. Bir sözlə, məşqçinin dediyini edirik”. 
 

Fransalı forvard Avropa Liqasının qrup mərhələsinin l turunda evdə İspaniya “Sevilya”sına uduzduqları oyunu unutduqlarını sözlərinə əlavə edib: “Bu, futboldur. Həm qələbə qazanırsan, həm də uduzursan. Keçmişlə yaşamaq olmaz. Növbəti oyunlara könlənmək lazımdır”. 
 

Çempionatda üçüncü qolunu vuran oyunçu Avropa Liqasında da fərqlənmək istədiyini söyləyib: “Qol vurmaq istəyirəm. Mən hücumçuyam. Hücumçular qolla yaşayır. Ona görə də, imkan olduqca vuracağam. Hər şeydən öncə komandanın qələbə qazanmasıdır. Öz çıxışımdan tam razı deyiləm. Hələ də artıra bilərəm. Əlimdən gələni edirəm”.


Digər xəbərlər

Xəbər xətti