Macarıstan - Azərbaycan oyunu azarkeşsiz keçiriləcək

11:45 24 Sentyabr 2019

Azərbaycan millisi AÇ-2020-nin seçmə mərhələsində Macarıstanla səfər oyununu boş tribunalar önündə keçiriləcək.

 

Sportarena.az xəbər verir ki, buna səbəb sentyabrın 9-u AÇ-2020-nin seçmə mərhələsində Budapeştdə keçirlmiş Macarıstan – Slovakiya matçında (1:2) hər iki komandanın azarkeşləri arasında baş verən insidentdir.

 

UEFA-nın İntizam Komitəsi hər iki ölkənin federasiyasını cəzalandırıb. Komandalar növbəti ev oyununu azarkeşsiz keçirmək cəzası alıb. Macarıstan Futbol Federasiyası 67,125, Slovakiya Futbol Federasiyası isə 20 min avro cərimələnib.

 

AÇ-2020-nin seçmə mərhələsində Macarıstan - Azərbaycan və Slovakiya - Uels oyunları boş tribunalar önündə keçiriləcək.

 

Macarıstan - Azərbaycan görüşü oktyabrın 13-ü baş tutacaq.


Digər xəbərlər

Xəbər xətti