Premyer Liqanın V turunda yekun vuran “Zirə”ylə səfər matçında zədələnən “Qarabağ”ın ispaniyalı legioneri Xayme Romero bu gün tibbi müayinədən keçib.
Sportarena.az xəbər verir ki, təcrübəli sağ cinah yarımmüdafiəçisinin çiyin bağlarından biri qırılıb, digəri isə zədələnib.Xaymenin 10-15 gün yaşıl meydanlardan uzaq qalacağı gözlənilir. Bu isə deməkdir ki, Romero nəinki qarşıdakı turlarda, Avropa Liqasının II turunda “Düdelanj”la oktyarın 3-də Lüksemburqdakı matçda da iştirak edə bilməyəcək. Futbolçu bu gün tibbi yoxlanış üçün Vətəninə yollanacaq.
Xatırladaq ki, “Qarabağ”da hazırda milli üzvləri - müdafiəçi Rahil Məmmədovla hücumçu Mahir Emreli də zədəlidi.