Qazaxıstanın Almatı şəhərində yeniyetmə cüdoçular arasında keçirilən dünya çempionatı davam edir.
Sportarena.az xəbər verir ki, cüdoçumuz Vüqar Talıbov komandamızın hesabına medal yazdırıb.Vüqar Talıbov 1/4 finala qədər problemsiz irəliləyib. O, bu yolda Avstraliya, Tunis və Qırğızıstan cüdoçusunu mübarizədən kənarlaşdırıb. Lakin Talıbov yarımfinalın bir addımlığında braziliyalı Qustavo Qomesə yenilib.
Bununla belə, cüdoçumuz bürünc medal şansını davam etdirib. Təsəlliverici görüşdə Qanijon Qaniyevi (Tacikistan) məğlub edən Vüqar "bürünc"ə yiyələnmək üçün Luici Sentraççionu da üstələməli idi. İtaliyalı rəqibini ipponla məğlub edən Vüqar dünya üçüncüsü olub.