Premyer Liqanın 6-cı turunda "Neftçi"ni qəbul edən "Qəbələ"nin futbolçusu Rasim Ramaldanov ciddi zədə alıb.
Sportarena.az xəbər verir ki, 40-cı dəqiqədə təcrübəli müdafiəçinin topsuz epizodda dizi qatdalanıb. Acı anlar yaşayan 33 yaşlı futbolçu meydanı xərəkdə tərk edib.
Onun əvəzinə meydana Sadiq Quliyev daxil olub.