Teymur Rəcəbov finalın ilk görüşündə heç-heçə etdi

16:28 30 Sentyabr 2019

Bu gün şahmat üzrə Dünya Kubokunun final qarşılaşması start götürüb.

 

Sportarena.az xəbər verir ki, azərbaycanlı qrossmeyster Teymur Rəcəbov 4 partiyadan ibarət mini-matçın ilk görüşündə ağlarla çinli Dinq Lirenin müqavimətini qıra bilməyib.İspan partiyası debütünü seçən həmyerlimiz 33-cü gedişdə heç-heçəyə razılaşıb.Sabah rəqiblər ikinci partiyada üz-üzə gələcəklər.

 

Qeyd edək ki, qalibi 110, finalda uduzanı isə 80 min dollar mükafat gözləyir.


Digər xəbərlər

Xəbər xətti