“Azərbaycanla matçda qalib gəlməliyik” - AÇIQLAMA

17:00 30 Sentyabr 2019

Macarıstan millisinin baş məşqçisi Marko Rossi AÇ-2020-nin seçmə mərhələsində Xorvatiya və Azərbaycanla oyunlardan öncə federasiyanın rəsmi saytına danışıb.

 

Sportarena.az xəbər verir ki, 55 yaşlı mütəxəssis hər iki oyunla bağlı fikirlərini bölüşüb:

 

"Futbolçularımız Slovakiya ilə matçda əllərindən gələni etsələr də, böyük şansı qaçırdığımızı anlayırıq. İndi soyuq başla deyə bilərəm ki, son qarşılaşamada çox şanslı idik. İndi həmişəkindən daha vacib olan iki çətin oyun var. Hələ ki, qrupdan çıxmaq şansımız qalır, amma bu iki matçın nəticəsindən çox şey asılıdır. Xüsusən də ikinci qarşılaşma. Sözsüz ki, Azərbaycanla matçda qalib gəlməliyik. Xorvatiyaya qalib gəlmək kağız üzərində mümkünsüz görünür. Amma biz yaxşı təəssürat yaratmağa çalışırıq. Əlbəttə, özümüzün və onların kim olduqlarını bilirik".

 

Qeyd edək ki, Macarıstan yığması Xorvatiya ilə oktyabrın 10-da səfərdə, Azərbaycanla isə 3 gün sonra evdə qarşılaşacaq.


Digər xəbərlər

Xəbər xətti