Bu gün Çempionlar Liqasında II tura start verilib.
Sportarena.az xəbər verir ki, ilk oyun günündə 8 qarşılaşma keçirilib.Turun maraqlı görüşlərindən biri İstanbulda baş tutub. Türkiyə təmsilçisi “Qalatasaray” doğma meydana PSJ-ni,“Real” isə İspaniyada “Brügge”ni qəbul edib. “Tottenhem” isə Londonda “Bavariya” ilə üz-üzə gəlib.
Çempionlar Liqası
Qrup mərhələsi, II tur
1 oktyabr
A qrupu
“Real” (Madrid, İspaniya) – “Brügge” (Belçika) - 2:2
Qollar: Serxio Ramos, 55, Kasemiro, 85 - Emmanuel Dennis, 9, 39
Qırmızı vərəqə: Ruud Vormer, 84 ("Brügge")
“Qalatasaray” (Türkiyə) – PSJ (Fransa) - 0:1
Qol: Mauro İkardi, 52
B qrupu
“Srvena Zvezda” (Serbiya) – “Olimpiakos” (Yunanıstan) - 3:1
Qollar: Miloş Vuliç, 63, Nemanya Milunoviç, 87, Riçmond Boakye, 90 - Ruben Semedu, 37
Qırmızı vərəqə: Yassin Benzia, 58 ("Olimpiakos")
“Tottenhem” (İngiltərə) – “Bayern” (Münhen, Almaniya) - 2:7
Qollar: Son, 12, Harri Keyn, 61 (pen.) - Jozua Kimmix, 15, Robert Levandovski, 45, 86, Serj Qnabri, 53, 55, 83, 88
C qrupu
“Atalanta” (İtaliya) – “Şaxtyor” (Donetsk, Ukrayna) - 1:2
Qollar: Duvan Zapata, 26 - Junior Moraes, 41, Manor Solomon, 90+5
“Mançester Siti” (İngiltərə) - “Dinamo” (Zaqreb, Xorvatiya) - 2:0
Qollar: Rahim Sterlinq, 66, Fil Foden, 90+5
D qrupu
“Yuventus” (İtaliya) – “Bayer” (Leverkuzen, Almaniya) - 3:0
Qollar: Qonsalo İquain, 17, Federiko Bernardeski, 62, Kriştiano Ronaldo, 88
“Lokomotiv” (Moskva, Rusiya) – “Atletiko” (Madrid, İspaniya) - 0:2
Qollar: Joau Feliks, 48, Tomas, 58