Qurban Qurbanov: "Məni narahat edən "Düdelanj"ın autsayder kimi görünməsidir"

22:13 2 Oktyabr 2019

"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Avropa Liqasının qrup mərhələsinin 2-ci turunda "Düdelanj"la səfər oyunu öncəsi mətbuat konfransı keçirib.

 

Sportarena.az xəbər verir ki, o,əvvəlcə rəqib haqda danışıb.

 

- Yaxşı komandaya qarşı oynayırıq. Son vaxtlar uğurlu çıxış edirlər. Oyuna yaxşı hazırlaşmışıq. Çalışacağıq ki, intizamlı oynayıb istədiyimiz nəticəni qazanaq.

 

- Rəqibin sizi narahat edən hansı xüsusi özəlliyini qeyd edə bilərsiniz?

- Mən heç vaxt hansısa komandanı autsayder görmürəm. Xüsusən də belə turnirlərdə.  Rəqib qrup mərhələsinə yaxşı oyunla yüksəlib.  Məni narahat edən odur ki, "Düdelanj"ı autseyder kimi görürlər.  İnanıram ki, bu, futbolçulara təsir etməyəcək. Rəqibin yaxşı futbolçuları var. Bu gün Avropada heç bir oyunu proqnozlaşdırmaq olmur. 
 

- Sabahkı heyət optimaldır? "Düdelanj"la görüşdə sizin görmək istədiyiniz "Qarabağ" olacaq?

- Zədəlilər var. Amma bu, o demək deyil ki, onlar oynamadığı üçün optimal heyət olmayacaq.

 

- Sababkı matç həlledici ola bilər? Xal itkisi "Qarabağ" üçün ciddi uğursuzluq sayılacaq?

- Qətiyyən belə düşünmürəm. Məğlub olsaq, bunu faciə saymayacam. Qarşıda dörd oyunumuz olacaq. Bəzən son görüşdə nəticəni əldə etmişik, bəzən də əldən vermişik. Mənə vacib olan futbolçuların verəcəyim tapşırığı icra etməsidir. Mən sabah qətiyyən pisi düşünmürəm. (qol.az)


Digər xəbərlər

Xəbər xətti