"Mərhələ keçməyi hədəfləmişik" - "Qəbələ"nin baş məşqçisi

22:24 2 Oktyabr 2019

UEFA Gənclər Liqasının Çempionlar yolunun I mərhələsinin ilk oyunları çərçivəsində keçirilən APOEL (Kipr) – “Qəbələ” matçından (1:1) sonra “qırmızı-qaralar”ın baş məşqçisi Famil Xəlilov qarşılaşma barədə fikirlərini açıqlayıb.

 

Sportarena.az xəbər verir ki, 36 yaşlı mütəxəssis oyunu şərh edib:

 

“Səfər oyununda istəyimiz qol vurmaq idi. Futbolçuları təbrik edirəm. Sona qədər çox yaxşı mübarizə apardılar. Rəqib meydanında qol vurduq. Bu, bizim üstünlüyümüzdür. Səfərdə qol vurduğumuz üçün üstünlük bizim tərəfimizdədir. Lakin hər şey bitməyib. Qəbələdə daha yaxşı mübarizə aparmaq, mərhələ keçməyi hədəfləmişik. Komandamız matça bir az həyəcanlı başladı. Amma vaxt keçdikcə futbolçular uyğunlaşdı. Bir neçə qol imkanımız oldu. Lakin yararlana bilmədik. Mmübarizəyə görə komandanı təbrik edirəm”.


Digər xəbərlər

Xəbər xətti