Teymur Rəcəbov üçüncü final görüşündə qalib gəldi

18:10 2 Oktyabr 2019

Azərbaycan şahmatçısı Teymur Rəcəbov Rusiyanın Xantı-Mansiysk şəhərindəki Dünya Kubokunda üçüncü final görüşünü keçirib.

 

Sportarena.az xəbər verir ki, 32 yaşlı qrossmeyster çinli rəqibi Dinq Lirenlə bu dəfə ağ fiqurlarla qarşılaşıb. Görüş 46-cı gedişdə Rəcəbovun qələbəsi ilə bitib. Bu nəticədən sonra Azərbaycan təmsilçisi ümumi hesabı bərabərləşdirə bilib - 1.5:1.5.

 

Finalçılar oktyabrın 3-də sonuncu görüşlərini keçirəcəklər. Həmin dueldə qalib müəyyənləşməsə, oktyabrın 4-də "tay-breyk" olacaq.

 

Yarışın mükafat fondu 1,6 milyon dollardır. Qalib 110 min dollar, finalçı isə 80 min dollar qazanacaq. Teymur Rəcəbovla Dinq Liren həlledici görüşə vəsiqə qazanmaqla İddiaçılar Turnirində iştirak hüququ da əldə ediblər.


Digər xəbərlər

Xəbər xətti