"Qarabağ" Avropa Liqasının qrup mərhələsinin ikinci turunda sabah keçiriləcək "Düdelanj"la səfər matçında dəstəksiz qalmayacaq.
Sportarena.az xəbər verir ki, bu barədə Qol.az-a "Qarabağ"ın direktoru Əmrah Çəlikəl bildirib. Klub rəsmisi bildirib ki, onlarda olan məlumata görə, sabah Avropada yaşayan 300-500 arası azarkeşin Ağdam klubunu stadionda dəstəkləyəcəyi gözlənilir.
Qeyd edək ki, Lüksemburqun "Jozi Bartel" stadionunda keçiriləcək görüş sabah Bakı vaxtı ilə 23:00-da başlayacaq.