"Qarabağ" rəsmisinə Avropa Klublar Birliyindən yüksək etimad

11:31 3 Oktyabr 2019

"Qarabağ"ın baş meneceri Asif Əsgərov yenidən Avropa Klublar Assosiasiyasının (ECA) İşçi Qrupunun katibi seçilib.

 

Sportarena.az klubun "Facebook" səhifəsinə istinadən xəbər verir ki, klub rəsmisi "Milan"ın prezidenti İvan Qazidisin rəhbərlik etdiyi qrupda 4 il xidmət göstərəcək. Asif Əsgərov bu qrupda "Tottenhem", "Arsenal", "Ayaks", "Zalsburq", "Yuventus", "Barselona" və "Borussiya" (Dortmund) rəsmiləriylə birlikdə yer alıb.

 

Asif Əsgərov iki il İşçi Qrupunun üzvü olub və bu hal Azərbaycan futbol tarixində ilk və yeganədir.


Digər xəbərlər

Xəbər xətti