“Qarabağ” növbəti dəfə erməni təxribatı ilə üzləşib.
Sportarena.az xəbər verir ki, bu, Ağdam klubunun Avropa Liqasının qrup mərhələsinin 2-ci turunda “Düdelanj”la oyununda baş verib.
Lüksemburqdakı görüşün 31-ci dəqiqəsində - “Qarabağ”ın ikinci qolundan sonra meydançanın üzərində separatçı "Dağlıq Qarabağ" rejiminin bayrağı dronla havalandırılıb. “Qarabağ” futbolçuları buna kəskin etirazını bildirib. Matçın baş hakimi Con Biton matçı yarımçıq dayandırıb.