AFFA təxribata görə UEFA-ya müraciət edəcək

01:42 4 Oktyabr 2019

Avropa Liqasının qrup mərhələsinin II turunun “Düdelanj” – “Qarabağ” oyununun ilk hissəsində erməni təxribatı yaşanıb. Aödam klubunun 4:1 hesalı qələbəsiylə başa çatan matçın 31-ci dəqiqəsində dronla Qondarma Dağlıq Qarabağ rejiminin bayrağı stadionda qaldırılıb.

 

Sportarena.az xəbər verir ki, bununla bağlı AFFA rəhbərliyi dərhal UEFA rəhbərliyi ilə əlaqə saxlayıb, narazılığını bildirib. Sabah rəsmi qaydada qitə futbol qurumuna müraciət olunacaq.

 

Məlumatı federasiyanın rəsmi saytı yayıb.


Digər xəbərlər

Xəbər xətti