“Qarabağ”ın futbolçusu Riçard Almeyda Avropa Liqasının qrup mərhələsində “Düdelanj”la oyunda baş verən qalmaqaldan danışıb.
Sportarena.az xəbər verir ki, braziliya əsilli futbolçu bu hərəkətlərin ilk dəfə baş vermədiyini və tədbirlər görülməli olduğunu deyib:
“Hər kəs bu münaqişə haqqında bilir. Neçənci dəfədir ki, belə hallar təkrarlanır. Bu bizə qarşı təhqirdir. Hakim bizə dron enənə qədər paltardəyişmə otağından çıxmamağı əmr etdi. Biz dronu topla vurmaq istəsək də, olmadı. “Arsenal”la matçda da bu hal təkrarlanmışdı. Onda bir nəfər meydana qaçmışdı, indi də dron. Bu yolverilməz haldır”.