Avropa Liqasının qrup mərhələsinin ikinci turunda keçirilən “Düdelanj”- “Qarabağ” oyununda (1:4) təxribat törədən “First Armenian Front” səhifəsi feysbuk tərəfindən blok olunub.
Sportarena.az xəbər verir ki, bu azərbaycanlı tərəfdarların çoxsaylı şikayətlərindən sonra baş verib. 25 min izləyicisi olan səhifə artıq bağlanıb.Jurnalist Samir Feyruz bildirib ki, bir neçə həmkarı ilə birlikdə dünən gecədən feysbuka davamlı olaraq səhifə ilə bağlı şikayətlər göndəriblər.