Mahir Emrelidən texribata reaksiyası - “Mövzu vətəndirsə...”

16:34 4 Oktyabr 2019

“Qarabağ”ın hücumçusu Mahir Emreli “Düdelanj”la oyunda baş verən erməni təxribatına münasibət bildirib.

 

Sportarena.az xəbər verir ki, futbolçu “İnstagram” hesabında bununla bağlı paylaşım edib.O, paylaşımına belə şərh yazıb: “Mövzu vətəndirsə, gerisi təfərrüatdır. “Qarabağ” Azərbaycandır!”.

 

Qeyd edək ki, “Qarabağ”ın 4:1 hesabı ilə qalib gəldiyi görüşün 31-ci dəqiqəsində separatçı “Dağlıq Qarabağ” rejiminin bayrağı dronla meydanın məkəzinə gətirilmiş və bu üzdən oyun 20 dəqiqədən çox dayandırılmışdı.


Digər xəbərlər

Xəbər xətti