Bu həftə Azərbaycan Premyer Liqasında VII turun oyunları keçiriləcək.
Sportarena.az xəbər verir ki, “Qəbələ” I dövrənin son turunda “Zirə” ilə qarşılaşacaq.
Oktyabrın 6-da keçiriləcək matç paytaxtda baş tutacaq. “Qırmızı-qaralar” tarixində 19-cu dəfə qəsəbə təmsilçisi ilə görüşəcək. Əvvəlki 18 görüşdə 7 qələbə qazanan komanda eyni sayda heç-heçə edib. Yalnız 4 dəfə uduzan “Qəbələ” top fərqində də üstündür – 25-16. Aleksey Qay “Zirə”nin qapısından daha çox – 4 top keçirib.
18 matçdan 16-sı çempionat, 2-si kubok çərçivəsində baş tutub. Premyer Liqada 5 qələbə əldə edən “qırmızı-qaralar” 7 dəfə bir xalla kifayətlənib. Digər 4 qarşılaşmada “Zirə” qalib gəlib. 32 qolun vurulduğu matçlarda əyalət təmsilçisi üstündür – 18-14.
10-cu dəfə Bakı klubunun qonağı olacaq “Qəbələ” rəqib meydanında yalnız top fərqində üstündür. Hər komandanın üç qələbə qazandığı görüşlərdə eyni sayda da heç-heçə qeydə alınıb. 12 qol vuran “qırmızı-qaralar” 9 top buraxıblar.