"Qarabağ"ın futbolçusu Mahir Emreli “Sabah”la qarşılaşma zamanı zədələnib.
Sportarena.az xəbər verir ki, 22 yaşlı hücumçu matçın ilk hissəsində xəsarət alaraq oyunu tərk edib. Emrelinin yerinə 30-cu dəqiqədə Abdullah Zubir daxil olub.
Qeyd edək ki, “Qarabağ” 2:0 hesabla "Sabah"a qalib gəlib.