Azərbaycan Premyer Liqasında VII turun “Qarabağ” – “Sabah” (2:0) oyunundan sonra təşkil edilən mətbuat konfransında qonaq komandanın məşqçisi Rövşən Babayevin mətbuatt konfransı keçirilib.
Sportarena.az xəbər verir ki, Babayev jurnalistlərin suallarını cavablandırıb.
- Ruslan Abışovla Cavib İmamverdiyev niyə oynamırdı?
- Zədələri var idi. Cavid 10-15 gün oynamayacaq, Ruslan yaxın zamanda məşqlərə başlayacaq.
- Coşqun Diniyev əvəzlənməsindən narazı idi?
- Özü istəmişdi.
- Məğlubiyyətin səbəbi nə idi?
- Uşaqlara minnətdarıq ki, əzmkar oyun göstərdilər. Həftəboyu yaxşı işləmişdilər. Nə bacardılarsa, onu etdilər.
- “Qarabağ” dövrə ərzindəcəmi 1 qol buraxıb. Onlara qol vurmaq belə çətindi?
- Şanssızlıqdır səbəb. Bizim imkanlarımız oldu, yararlana bilmədik.
- Komanda sonuncudu. Buna görə də futbolçulara təşəkkür edirsiz?
- Yox. Bugünkü oyuna görə təşəkür etdim.
- Sonuncu olmağınızda səbəb nədi?
- Çalışacağıq ki, fasilədən sonra xallarımızı toplayaq. Səbəbi öz aramızda araşdıracağıq.
- Fasilədə baş məşqçi məsələsi həllini tapacaq?
- Bu, rəhbərliyə aid məsələdi.