“Ən çətin günlərimi keçirirəm” - De Xea

12:44 7 Oktyabr 2019

Premyer Liqanın 8-ci turunda "Nyukasl"a 0:1 hesabı ilə uduzan “Mançester Yunayted”in qapıçısı David De Xea oyundan sonra açıqlama verib.

 

Sportarena.az xəbər verir ki, ispaniyalı qolkiper komandanın zəif oynadığını deyib:

 

“Artıq nəsə etmək lazımdır. Zədəlilər bəhanə ola bilməz. Biz “Mançester Yunayted”ik. Çalışmaq və savaşmaq məcburiyyətindəyik. Ardıcıl qələbələr qazanmaq lazımdır. Oyunumuzda inkişaf etdirməli olduğumuz çox məqam var. Son iki oyunda qol vurmamışıq. Heç real qol şansı da yaratmırıq. Bu qəbul edilən durum deyil. Nə deyəcəyimi də bilmirəm. Burada ən çətin günlərimi keçirirəm. Niyə bu vəziyyətdə olduğumuzu bilmirəm. Azarkeşlərdən üzr istəyirəm. Döyüşə davam edəcəyik, buna söz verirəm”.

 

“Mançester Siti” Premyer Liqanın turnir cədvəlində 9 xalla 12-ci sırada qərarlaşıb.


Digər xəbərlər

Xəbər xətti