Mirça Luçesku Moskva "Dinamo"sunun baş məşqçisi təyin oluna bilər.
Sportarena.az xəbər verir ki, bu barədə "Sport24"ə rumın mütəxəssisin agenti Arkadi Zaporjan məlumat verib.Menecer "Dinamo" rəsmiləri ilə danışıqlar apardıqlarını bildirib: "Hələ Luçeskuya müqavilə təklif olunmayıb. O, Moskvaya gəlməyi planlaşdırır, amma səfərin nə zaman gerçəkləşəcəyini deyə bilmərəm. Bu variant real görünür. İstərdim ki, komandaya o rəhbərlik etsin. Hələlik məsələnin nə zaman həllini tapacağını deyə bilmərəm".
Qeyd edək ki, ötən həftəsonu Rusiya Premyer Liqasının XII turunda "Orenburq"a 0:2 hesablı səfər məğlubiyyətindən sonra "Dinamo"nun baş məşqçisi Dmitri Xoxlov istefaya göndərilib. Moskva klubunda millimizin üzvü Ramil Şeydayev çıxış edir.