AÇ-2020-nin seçmə mərhələsində Xorvatiya və Azərbaycan yığmaları ilə üz-üzə gələcək Macarıstan millisinin baş məşqçisi Marko Rossi açıqlama verib.
Sportarena.az xəbər verir ki, italiyalı mütəxəssis Azərbaycan millisini qiymətləndirməli olduqlarını söyləyib:
“Xorvatiyaya və Azərbaycanla oyunları düşünürük. İkincinin birincidən ağır keçəcəyini istisna etmək olmaz. Avropa çempionatına vəsiqə şansımızı saxlamaq üçün Azərbaycana qalib gəlməliyik. Azərbaycan millisini heç kim qiymətləndirməyə bilməz. Onların sentyabrın ayındakı iki oyunu xoş sözlərə layiqdi. Azərbaycana qalib gəlmək üçün ən yaxşı oyunumuzu göstərməliyik”.
55 yaşlı çalışdırıcı Xorvatiyada meydana ağ bayraqla çıxmayacaqlarını bildirib: “Xorvatiya, Azərbaycan və Uelsə qalib gəlmək istəyirik. Ancaq onların hər üçünü məğlub edəcəyimizi deyəcək qədər dəli deyiləm. Xorvatiya güclüdü, ancaq meydana ağ bayraqla çıxmayacağıq. Orda nə olursa-olsun, Azərbaycana qalib gəlməliyik. Xorvatiya ilə Azərbaycanı məğlub edəcəyimizi Slovakiya – Uels və Uels – Xorvatiya matçlarnın heç-heçə başa çatacağını düşünürəm. İnanılmaz səslənir. Amma belə də olacaq”.
Macarıstan millisi oktyabrın 10-da Xorvatiyanın qonağı olacaq, 3 gün sonra Azərbaycan millisini qəbul edəcək.