“Los-Anceles Qelaksi” futbol klubunun oyunçusu Zlatan İbrahimoviçə doğma Malmö şəhərində (İsveç) heykəl ucaldılıb.
Sportarena.az xəbər verir ki, abidənin müəliifi heykəltəraş Piter Lindedir. Tuncdan hazırlanmış üç metrlik heykəl Malmönün köhnə və yeni idman arenaları arasında yerləşir.
Qeyd edək ki, İbrahimoviçin heykəli hələ 2016-cı ildə hazırlanmışdı. Əvvəlcə onun Stokholmda, “Frendz-Arena” stadionunun yanında ucaldılması planlaşdırılırdı. Lakin məlum olub ki, təxminən yarım ton olan heykəl bu yer üçün çox ağırdır. Abidə Malmöyə hədiyyə olunmamışdan əvvəl iki ilə yaxın anbarda, daha sonra isə müəllifin evində saxlanılıb.