Futbol üzrə Azərbaycan milli komandası bu gün yoxlama oyununda qüvvəsini sınayıb.
Sportarena.az xəbər verir ki, millimiz Bəhreyn yığması ilə üz-üzə gəlib.Bəhreyn Milli Stadionunda təşkil olunan qarşılaşmaya Bakı vaxtı ilə saat 20:30-da start verilib.Oktyabrın 13-də AÇ-2020-nin seçmə mərhələsi çərçivəsində Budapeştdə Macarıstanla qarşılaşacaq Nikola Yurçeviçin çalışdırdığı kollektiv Bəhreynə qalib gəlməklə rəsmi oyuna yaxşı əhvalla çıxmağı hədəfləyib.
Azərbaycan və Bəhreyn milliləri indiyə qədər iki dəfə üz-üzə gəlib və millimizin qələbəsiylə başa çatıb. Komandamız bu rəqibini 2008-ci ildə Manamada 2:1, 2012-ci ildə isə Bakıda 3:0 hesabıyla üstələyib.
Yoxlama oyunu
9 oktyabr
20:30. Bəhreyn - Azərbaycan 2-3
Bəhreyn milli stadionu.
Azərbaycan: 12. Emil Balayev, 5. Abbas Hüseynov, 4. Bəhlul Mustafazadə, 6. Bədavi Hüseynov (K), 3. Şəhriyar Rəhimov, 20. Riçard Almeyda, 13. Eddi İsrafilov, 8. Emin Mahmudov, 11. Ramil Şeydayev, 9. Ağabala Ramazanov, 16. Rüfət Dadaşov
Ehtiyat oyunçular: 1. Mehdi Cənnətov, 23. Şahrudin Maqomedaliyev, 7. Araz Abdullayev, 10. Namik Ələsgərov, 14. Rəşad Eyubov, 15. Ömər Buludov, 17. Renat Dadaşov, 18. Şəhriyar Əliyev, 19. Təmkin Xəlilzadə, 21. Pavel Paşayev, 22. Cavid Hüseynov