Futzal üzrə Azərbaycan çempionu “Araz” avrokuboklarda mübarizəyə başlayıb.
Sportarena.az xəbər verir ki, Naxçıvan təmsilçisi Çempionlar Liqasının 2019/20 mövsümündə ilk oyununa çıxıb.Joze Alesionun yetirmələri “Halle Qooik” ilə üz-üzə gəlib. Qarşılaşma Belçika klubunun 5:1 hesablı qələbəsi ilə başa çatıb.Qrupda keçirilən “Benfika” (Portuqaliya) və “Xerson” (Ukrayna) matçı isə heç-heçə başa çatıb - 1:1.
Qeyd edək ki, “Araz” oktyabrın 10-da “Benfika” ilə görüşəcək.