“Səbail”in baş məşqçisi Aftandil Hacıyev Belarusa səfər edib.
Sportarena.az xəbər verir ki, 38 yaşlı mütəxəssis BATE-nin məşqini izləyib.
Borisov klubunun baş məşqçisi Aleksey Baqa və Aftandil Hacıyev UEFA Pro lisenziya kursunda birgə təhsil alıb. Hacıyev görüş zamanı həmkarına “Səbail”in formasını hədiyyə edib.