Macarıstan - Azərbaycan: açıq məşq və mətbuat konfranslarının vaxtı açıqlandı

11:30 12 Oktyabr 2019

Avro-2020-nin seçmə mərhələsi çərçivəsində keçiriləcək Macarıstan - Azərbaycan oyunu ərəfəsində təşkil olunacaq mətbuat konfranslarının və mətbuat üçün açıq məşqlərin vaxtı müəyyənləşib.

 

12 oktyabr
Macarıstan milli komandası
Saat 15:30. Mətbuat konfransı, “Qloball Hotel”
Saat 16:30. İlk 15 dəqiqəsi mətbuat üçün açıq məşq, “Qloball Hotel”in məşq meydançası.

 

Azərbaycan milli komandası
Saat 18:00. Mətbuat konfransı, “Qroupama Arena”
Saat 18:30. İlk 15 dəqiqəsi mətbuat üçün açıq məşq, “Qroupama Arena”

 

Hər iki mətbuat konfransı və məşqin saatı yerli vaxtla göstərilib.

 

Oktyabrın 13-ü Budapeşt şəhərindəki “Qroupama Arena”da keçiriləcək Macarıstan - Azərbaycan matçına saat 20:00-da start veriləcək.


Digər xəbərlər

Xəbər xətti