Türk futbolçu terroru dəstəkləyən həmkarına dərs verdi - FOTO

11:53 12 Oktyabr 2019

"Yuventus"un sabiq futbolçusu Klaudio Markizio Türkiyənin Suriyada terrorçulara qarşı başlatdığı "Barış Pınarı" əməliyyatına qarşı çıxıb.

 

Sportarena.az xəbər verir ki, italiyalı veteran futbolçu Türkiyəni kürdləri bombalamaqda günahlandırıb.

 

Markizio faşist işğalı zamanı yazdığı gündəliklə məşhurlaşan Anne Frankın "Dünyanın boş yerə çevirildiyini görürəm; bir gün bizi də yox edəcək fırtınanın yaxınlaşdığını duya bilirəm. Milyonların acısını hiss edirəm" sözlərini xatıraladaraq "77 il sonra Türkiyə Suriyadakı kürdləri bombalamağa başladı. Bu dünya toplumu üçün böyük utancdı. Oradakı hər qurbana görə özümüzü günahkar hiss etməliyik" yazıb.

 

Ona cavabı hazırda "Yuventus"da çıxış edən Merih Demiral verib. Türk futbolçu üzərində Mustafa Kamal Atatürkün "Yurda sülh, cahana sülh" şüarı yazılmış ingiliscə "PKK/YPG; qadınlar, uşaqlar və körpələr daxil 40 min insanın ölümünə görə məsuliyyət daşıyır. Türkiyənin missiyası cənub sərhəddimizdə terror koridorunun yaradılmasını əngəlləmək və 25 milyon suriyalını təhlükəsiz bölgəyə yerləşdirməkdi" yazıb. 



Digər xəbərlər

Xəbər xətti