19 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması bu gün Avropa çempionatının seçmə mərhələsində növbəti oyununu keçirəcək.
Sportarena.az xəbər verir ki, Samir Əliyevin rəhbərlik etdiyi komanda Çexiyanın müvafiq yaş qrupundan ibarət yığması ilə qarşılaşacaq. Çexiyanın Opava şəhhərində keçiriləcək görüş Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.Azərbaycan millisi turnirdəki ilk oyununda Norveçə 0:1 hesabı ilə uduzub.
Avropa çempionatı
Seçmə mərhələ
12 oktyabr
20:00 Azərbaycan – Çexiya
Baş hakim: Alan Mario Sant (Malta)