Boks üzrə dünya çempionu ağır qəzaya düşdü - VİDEO

13:11 12 Oktyabr 2019

IBF və WBC versiyaları üzrə yarım-orta çəki dərəcəsində dünya çempionu Errol Spens ağır avtomobil qəzası keçirib.

 

Sportarena.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, amerikalı boksçu ciddi xəsarət alıb. Hadisə yerinə yetişən polislər bildirib ki, Spens ağır vəziyyətdə hospitala çatdırılıb. “The Sun” yazır ki, qəzaya səbəb Spensin idarəetməni itirməsi olub. Yüksək sürətlə hərəkət edən avtomobil bir neçə dəfə çevrilib. İdmançının təhlükəsizlik kəməri bağlı olmayıb.

 

Həkimlərin sözlərinə görə, Spens sağ qalacaq, lakin onun idman karyerasının gələcəyi sual altındadır.

 

Qeyd edək ki, Spens peşəkar rinqdə keçirdiyi bütün 26 görüşdən qalib ayrılıb.

 

 


Xəbər xətti