Bəhreynlə keçirilən yoldaşlıq oyununda (3:2) komandamızın ilk qolunun müəllifi olan Rüfət Dadaşov bu barədə təəssüratlarını bölüşüb.
Sportarena.az xəbər verir ki, 3-cü Bundesliqa təmsilçisi “Proyssen”də çıxış edən hücumçu “Bild” nəşrinə qısaca açıqlamasında yığmada 6 illik qol həstərinə son qoyduğu üçün sevindiyini deyib:
"Nəhayət ki, uzun fasilədən sonra Azərbaycan millisinin heyətində qol vurdum. Macarıstanla qarşıdakı matçda da meydana çıxacağıma ümid edirəm".
Qeyd edək ki, Bəhreynlə görüşdə millimizin heyətində 5-ci qolunu vuran Dadaşov sonuncu dəfə 2013-cü ildə rəqib qapısına yol tapmışdı.