Ronaldo Messini iki dəfə geridə qoydu

16:43 16 Oktyabr 2019

"Yuventus"un Kriştiano Ronaldo "Instagram" reklamlarında "Barselona"nın futbolçusu Lionel Messini iki dəfədən çox qabaqlayır.

 

Sportarena.az xəbər verir ki, portuqaliyalı futbolçu 2018-ci ildə hər biri 900 min avro olan 49 reklam postu paylaşıb və bunlardan ümumilikdə 44,1 milyon avro qazanıb.Argentinalı ulduz isə hər biri 590 min avro olan 36 post paylaşıb. Onun gəliri 21 milyon avro olub.

 

Hazırda Ronaldonun "Instagram" səhifəsinin 186 milyon izləyicisi var. Messidə bu göstərici 133 milyondu.

 

Amerikalı supermodel Kendall Cenner 14,4 milyon avro qazancla üçüncü, İngiltərə yığmasının sabiq yarımmüdafiəçisi Devid Bekhem isə 10 milyon avro gəlirlə dördüncü yeri tutub. 


Digər xəbərlər

Xəbər xətti