Emre Can "Yuventus"dan ayrılaraq İngiltərəyə dönəcək.
Sportarena.az xəbər verir ki, bu barədə İtaliyanın məşhur "Tuttosport" qəzeti yazıb.Məlumatda bildirilir ki, "Yuventus"un Çempionlar Liqası üçün sifariş etmədiyi və bir neçə gün əvvəl Turin klubunda xoşbəxt olmadığını bildirən 25 yaşlı yarımmüdafiəçi "Mançester Yunayted"ə keçəcək. Onunla birlikdə, Mario Mandzukiç də İngiltərə klubuna üz tutacaq.
Xəbərdə bildirilir ki, Emre Canı "Yuventus"a aparan baş məşqçi Massimiliano Alleqri "Mançester Yunayted"lə anlaşmaq üzrədi. O, özü ilə birlikdə türk əsilli almaniyalı futbolçunu da İngiltərəyə aparacaq.
Qeyd edək ki, "Yuventus" Emre Canı 2018-ci ilin yayında "Liverpul"dan transfer edib. O, bu mövsüm cəmi 3 A Seriyası matçına çıxaraq 78 dəqiqə oynayıb.