İngiltərənin "Liverpul" klubunun futbolçusu Trent Aleksander-Arnold Ginnesin Rekordlar Kitabına düşüb.
Sportarena.az xəbər verir ki, 21 yaşlı oyunçu müdafiəçilər arasında məhsuldar ötürmə sayında Premyer Liqa rekordu müəyyənləşdirib. O, 2018/2019 mövsümündə 12 məhsuldar ötürmə ilə "Everton"un sabiq futbolçuları Endi Hinçkliff (1994/1995) və Leyton Beynsin (2010/2011) rekordlarını yeniləyib.