Qurban Qurbanov: "Arazın düşünmədən belə hərəkətlər etdiyini görmüşük"

02:54 20 Oktyabr 2019

“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Azərbaycan Premyer Liqasının VIII turunda səfərdə “Qəbələ” ilə 1:1 hesablı heç-heçə etdikləri oyundan sonra fikirlərini bölüşüb.

 

Sportarena.az xəbər verir ki, 47 yaşlı mütəxəssis öncə oyunu şərh edib:

 

“Fasilədən sonra keçirdiyimiz ilk oyunda qalib gəlmək istəyirdik. Bunu çox istəsək də, alınmadı. Buna baxmayaraq, xallarımızı artırdıq. Meydanda istəkli “Qəbələ”yə şahid olduq. Futbolçularımızdan razı qaldım. Bəzi epizodlarda daha dəqiq oynamalı idik. Deməzdim ki, arıdıcıl yeddi qələbəyə görə oyuna ciddi hazırlaşmadıq. Rəqib son turlar əzmkar çıxış edirdi, onları təbrik edirəm. Buraxdığımız qolda diqqətsiz davrandıq. Uzun müddət qələbə seriyası olan komanda gözlənilmədən xal itirir. Futbolçu nə qədər ciddi yanaşsa da, daxilindəki arxayınlıq oyuna köklənməsinə mane olur. Bəzən belə xal itkiləri komandaya qələbədən daha çox fayda verir”.

 

Təcrübəli çalışdırıcı Araz Abdullayevi “Instagram”da maşını sürətli sürdüyü videonu paylaşdığı üçün əsas heyətdən kənarlaşdırdığını təsdiqlədi:

 

“Bu barədə danışmağa ehtiyac yoxdur, hamı bunu bilir. Arazı mətbuatın qınadığı üçün cəzalandırmadıq, bizim daxili qayadlarımız var. Biz belə şeylərə ciddi yanaşırıq. İsitrahəti özümüz üçün etməliyik. Hər bir futbolçunun başına gələcək bir şeydir. Cəzaların fərqi olur. Fikirləşsək, Abdullayev maşını bir az sürətli sürüb. Cəmiyyət üçün belə hərəkətlər etmək olmaz. Arazın düşünmədən belə hərəkətlər etdiyini görmüşük. O və Elvin Yunuszadə bəxtsiz futbolçulardır. Dünyada heç nədən problem yaradan futbolçular var. İstəyirəm ki, futbola köklənək və daha çox bunu düşünək”.

 

Qurbanov “Qarabağ”ın Avropa Liqasının qrup mərhələsinin üçüncü turunda Kiprin APOEL klubu ilə keçirəcəyi oyuna toxunub:

 

“APOEL-lə oyuna qrupdan çıxmaq üçün yanaşsaq, problem yaşayarıq. “Düdelanj”la oyundan sonra da demişdim ki, hər şeyə sona turda aydınlıq gələcək. Oyuna düzgün yanaşmalı və doğru oynamalıyıq”.

 

Qurban Qurbanov Mahir Emrelinin zədəsi barədə bunları deyib:

 

“Mahir müsbətə doğru gedir. Ötən gün topla az da olsa, məşq elədi. APOEL-lə oyunda meydana sonradan çıxmaq ehtimalı var. Araz Abdullayevin isə heyətdə olub-olmayacağı ilə bağlı qərarı Bakıya qayıtdıqdan sonra verəcəyik”.


Digər xəbərlər

Xəbər xətti