UEFA “Neftçi”ni cərimələyib.
Sportarena.az klubun rəsmi saytına istinadən xəbər verir ki, buna səbəb UEFA Avropa Liqasının üçüncü təsnifat mərhələsinin avqustun 8-i “Bakcell Arena”da keçirilmiş “Neftçi” – “Bney Yehuda” oyununda (2:2) azarkeşlərin meydana kənar əşyalar tullaması olub.
Qurum bu səbəbdən paytaxt klubunu 40 min avro dəyərində cərimələyib. Avqustun 15-i “Ha Moşava” stadionunda baş tutmuş cavab matçında 1:2 hesabı ilə məğlub olan "ağ-qaralar" Avropa Liqasında mübarizəni dayandırmışdı.
"Neftçi" bu mövsüm Avropa Liqasındakı çıxışı ilə UEFA-dan 780 min avro mükafat almışdı.