Dario Frederiko: “Qarabağ”ın xal itirməsinə sevinirik” – MÜSAHİBƏ

07:04 21 Oktyabr 2019

“Neftçi”nin futbolçusu Dario Frederiko Premyer Liqanın 8-ci turunda “Zirə”yə 3:0 hesabı ilə qalib gəldikləri oyundan sonra jurnalistlərə müsahibə verib.

 

Sportarena.az xəbər verir ki, braziliyalı futbolçu öncə qələbəni şərh edib:

 

- Ardıcıl üçüncü vacib qələbə qazandıq. Bu qələbə ilə artıq ikinci yerdəyik. Bununla kifayətlənməməli, üzərimizdə çalışmalıyıq. Çalışmaqla daha yaxşı nəticələr gələcək.

 

- “Neftçi” “qara zolaq”dan çıxdı?

- Məncə, ardıcıl üç qələbə ilə bu vəziyyətdən çıxdıq.

 

- “Zirə” üzərində qələbə sizin üçün asan oldu?

- İnanmıram ki, hansısa oyun “Neftçi” üçün asan olub. Çünki həmişə vuruşmuşuq, mübarizə aparmışıq. Qələbəmizi əzmkar qazanırıq. Asan oyun olmadı.

 

- “Qarabağ”a çatmaq mümkün olacaq?

- Sona qədər mübarizə aparacağıq. Hər oyun qələbə qazanmağa çalışacağıq. Rəqibimizin xal itirdiyi vaxt çalışacağıq ki büdrəməyək. Bununla daha da yaxınlaşmağa çalışacağıq.

 

- Azarkeşlərlə aranız düzəlir? Çünki bu gün istefa şüarı səsləndirmirdilər.

- Hər futbolçu üçün sevincli haldır ki, onu meydanda azarkeşlər dəstəkləsin, qələbəyə ruhlandırsın. Biz hər oyun azarkeş dəstəyini hiss edirik. Əvvəllər başa düşmürdüm ki, onlar niyə tez-tez istefa şüarı səsləndirir. Sevindirici haldır ki, bizi dəstəkləməyə başladılar. Onlardan bunu hər oyun gözləyirik.

 

- “Qarabağ”ın xal itirməsinə sevinirsiniz?

- Əlbəttə, çempionluğa oynayan klub özündən öndə gedən komandanın xal itirməsini görən sevinir.


Digər xəbərlər

Xəbər xətti