"Səbail"in baş məşqçisi Aftandil Hacıyev Azərbaycan Premyer Liqasının 8-ci turunda "Sumqayıt"a 0:2 hesabı ilə uduzduqları oyundan sonra jurnalistlərin suallarını cavablandırıb.
Sportarena.az xəbər verir ki, 38 yaşlı mütəxəssis məğlubiyyəti şərh edib:
"Nəticədən narazı qalsam da, hücum planında komandamdan razı qaldım. Öncə rəqibi tərbik edirəm. Vacib 3 xal qazandılar. İlk hissədə oyuna daha yaxşı köklənmişdik. 3-4 real qol epizodumuz da oldu. İkinci hissədə çox tez qol buraxdıq, planlarımız dəyişdi. Sistemdə dəyişiklik oldu.
Rəqib daha çox müdafiə olunanda, qol vurmaq daha da çətinləşir. Əlbəttə, hücum mənasında yaxşı epizodlarımız oldu. Lakin qol epizodlarında dəqiqlik çatmadı. Müdafiədəki səhvlərimiz bizim üçün siqnadır. Hər dəfə müdafiənin ani diqqətsizliyindən qol buraxırıq. Sonradan oyunu dəyişməkdə çətinlik çəkirik.
"Sumqayıt" hesabı açıdıqdan sonra çox qapandı. Komanda şəklində irəli atıldıq və ikinci qolu buraxdıq. Fikrimcə, bu məğlubiyyət komandanı ayıltmalıdır. Bu xal itkiləri sonda bizə baha başa gələ bilər. "Qarabağ" və "Neftçi"dən başqa digər komandalar Avropa Liqasına vəsiqə uğrunda yarışacaq. Həvəsdən düşməməliyik. Xal itkisi limitini doldurmuşuq".