Azərbaycanlı FIFA dərəcəli referi Əliyar Ağayev daha bir beynəlxalq təyinat alıb.
Sportarena.az xəbər verir ki, UEFA 32 yaşlı hakimə Avropa Liqası oyununu həvalə edib.Belə ki, Ağayev H qrupu çərçivəsində keçiriləcək “Ludoqorets” – “Espanyol” qarşılaşmasında iş başında olacaq. Razqradda baş tutacaq matçda ona Zeynal Zeynalov və Akif Əmirəli kömək edəcək. Dördüncü hakim funksiyasını isə Orxan Məmmədov yerinə yetirəcək.
Hakimlərimizin işinə fransalı hakim-inspektor Paskal Qaribian qiymət verəcək.
Qeyd edək ki, “Ludoqorets” – “Espanyol” oyunu oktyabrın 24-də “Ludoqorets Arena”da keçiriləcək.